Növbəti köç karvanı Xankəndi və bu rayonlara çatdıbackend

Növbəti köç karvanı Xankəndi və bu rayonlara çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Editor.az xəbər verir ki, növbəti köç karvanları Xankəndi şəhərinə və Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Təzəbinə, Xanyurdu, Xanabad və Ballıca, Ağdərə rayonunun Vəngli, Çapar və Aşağı Oratağ, Cəbrayıl rayonunun isə Şükürbəyli kəndlərinə çatıb.

Bu mərhələdə Xankəndi şəhərinə 3 ailə – 13 nəfər, Kərkicahan qəsəbəsinə 5 ailə – 22 nəfər, Xocalının Təzəbinə kəndinə 7 ailə – 31 nəfər, Xanyurdu kəndinə 5 ailə – 22 nəfər, Xanabad kəndinə 2 ailə – 10 nəfər, Ballıca kəndinə 1 ailə – 4 nəfər köçürülüb.

Həmçinin Ağdərənin Vəngli kəndinə 4 ailə – 14 nəfər, Çapar kəndinə 4 ailə – 11 nəfər, Aşağı Oratağ kəndinə 4 ailə – 9 nəfər, Cəbrayılın Şükürbəyli kəndinə isə 24 ailə – 148 nəfər yola salınıb.

Beləliklə, bu mərhələdə ümumilikdə 59 ailə – 284 nəfər doğma yurduna qayıdıb.

Qeyd edək ki, köçürülənlər respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.