ABŞ Konqresində genişmiqyaslı dəyişiklik gözlənilirbackend

ABŞ Konqresində genişmiqyaslı dəyişiklik gözlənilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Konqresində 2026-cı ilin noyabrında keçiriləcək aralıq seçkilərindən sonra ciddi kadr dəyişikliyinin baş verəcəyi gözlənilir.

Time jurnalının məlumatına görə, hazırda ən azı 83 konqresmen növbəti çağırışda fəaliyyətini davam etdirməyəcək. Onlardan 70-i Nümayəndələr Palatasının, 13-ü isə Senatın üzvüdür.

Məlumata əsasən, Nümayəndələr Palatasında yenidən seçkilərdə iştirak etməyəcək 70 deputatdan 30-u Demokratlar Partiyasının, 40-ı isə Respublikaçılar Partiyasının nümayəndəsidir.

Senatda isə 13 senatorun gələn il fəaliyyətini davam etdirməyəcəyi bildirilir. Jurnal qeyd edir ki, bəzi qanunvericilər uzun illər davam edən siyasi fəaliyyətlərini başa vurmaq qərarına gəlib, digərləri isə başqa vəzifələrə namizəd olmaq üçün Konqresdən ayrılır. Bir sıra konqresmenlər isə partiyadaxili ilkin seçkilərdə məğlub olublar.

Noyabr seçkilərində Nümayəndələr Palatasının bütün 435 yeri, həmçinin Senatın 35 yeri uğrunda mübarizə aparılacaq. İlkin seçkilər hələ tam başa çatmadığından Konqresdə dəyişəcək yerlərin sayının daha da artacağı istisna edilmir.
Beləliklə, 2027-ci ilin yanvarından fəaliyyətə başlayacaq yeni çağırış Konqresinin əvvəlkilərlə müqayisədə daha çox yeni sima ilə formalaşacağı gözlənilir.

//Samir Qurbanov, Editor.az