Naxçıvanda istirahət mərkəzində bədbəxt hadisə: Avtoqəzada xəsarət alanların durumu açıqlandıbackend

Naxçıvanda istirahət mərkəzində bədbəxt hadisə: Avtoqəzada xəsarət alanların durumu açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvanda istirahət mərkəzində bədbəxt hadisədən sonra xəstəxanaya gedərkən qəzaya düşərək xəsarət alanların vəziyyəti açıqlanıb.

Bu barədə Editor.aza Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yaralılarda ciddi xəsarət olmayıb.

Həmçinin əlavə olunub ki, vəziyyəti qənaətbəxş hesab edilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

 

Naxçıvanda bədbəxt hadisə baş verib.

Editor.az “Report”a istinadən xəbər verir ki, hadisə ötən gecə Şahbuz rayonu Ayrınc kəndi ərazisində qeydə alınıb.

İstirahət mərkəzlərinin birində süni göl üzərində olan platformanın aşması nəticəsində iki nəfər ölüb. Hadisə zamanı xəsarət alanlardan biri isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Onların bir ailənin üzvləri olduğu bildirilir.

Hadisədən sonra təcili tibbi yardım avtomobili ilə birgə xəstəxanaya yollanan ailə üzvləri isə yolda qəzaya düşüblər. Qəza zamanı Naxçıvan şəhər sakinləri, 1983-cü il təvəllüdlü Tural Əli oğlu Hüseynov və onun oğlu, 2007-ci il təvəllüdlü Nicat xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hər iki faktla bağlı araşdırma aparılır.