Gürcüstanda öldürülən 21 yaşlı Fatimə Ağcəbədidə dəfn edilib – FOTObackend

Gürcüstanda öldürülən 21 yaşlı Fatimə Ağcəbədidə dəfn edilib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda qətlə yetirilən 21 yaşlı Fatimə Kərimova Azərbaycana gətirilərək dəfn olunub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, mərhum Ağcabədi şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Fatimə Kərimova bir neçə gün əvvəl sevgilisi tərəfindən aldadılaraq Gürcüstana aparılıb. Ona birlikdə yaşamaq və işləmək vəd edilib. Həmin şəxsin ondan borc pul aldığı və qaytarmadığı, daha sonra isə qızı döyərək küçəyə atdığı iddia olunur. Ardınca həmin şəxs təkbaşına Azərbaycana qayıdıb. Məlumata əsasən, Fatimənin yaxın qohumu onu geri gətirmək məqsədilə Gürcüstana gedib və vəziyyət sabitləşdikdən sonra Azərbaycana qaytaracağını bildirib. Lakin bir müddət sonra Fatimə ilə əlaqə kəsilib. Azərbaycanda yaşayan kiçik bacısı iki gün bacısından xəbər ala bilmədiyi üçün onların qaldığı mənzilin sahibi olan qadınla əlaqə saxlayıb. Bundan sonra hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları mənzilə baxış keçiriblər. Qapı sındırıldıqdan sonra Fatimə Kərimovanın meyiti mənzildə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Gürcüstanda öldürülən 21 yaşlı Fatimə Ağcəbədidə dəfn edilib - FOTO