Putin Avropa şirkətlərinin Rusiyadan çıxışını belə təsvir etdi: “Az qala ağlayırdılar”backend

Putin Avropa şirkətlərinin Rusiyadan çıxışını belə təsvir etdi: “Az qala ağlayırdılar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları əsassız adlandırıb. O, bəzi Avropa şirkətlərinin Rusiya bazarını tərk etmək istəmədiyini iddia edib.

Editor.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Putinin sözlərinə görə, həmin şirkətlərin nümayəndələri öz hökumətlərinin təzyiqi nəticəsində Rusiya bazarından çıxmağa məcbur olduqları zaman “az qala ağlayırdılar”.

Bununla yanaşı, Rusiyada bir sıra xarici şirkətlərin aktivlərinin müvəqqəti idarəetməyə verildiyi bildirilir. Bu şirkətlər arasında “Nestlé”, “Metro”, “Auchan”, “Leroy Merlin” və “Tarkett” kimi tanınmış brendlər də yer alır.