Putin, Tramp və Si Cinpinin üçtərəfli Zirvə görüşünə hazırlıq BAŞLANDIbackend

Putin, Tramp və Si Cinpinin üçtərəfli Zirvə görüşünə hazırlıq BAŞLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva, Vaşinqton və Pekin Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında üçtərəfli Zirvə görüşünün keçirilməsinə prinsipcə razılıq veriblər və artıq bu təmaslara hazırlıq prosesi başlayıb.

bu barədə Rusiya Prezidentinin köməkçisi Yuriy Uşakov “VGTRK” telekanalının jurnalisti Pavel Zarubinə müsahibəsində bildirib.

Uşakov vurğulayıb: “İndi dəqiq deyə bilərəm ki, həm Moskva, həm Pekin, həm də Vaşinqton prinsipcə bu görüşün keçirilməsinə hazırdır və artıq lazımi hazırlıqlara başlanılıb”.

Bununla yanaşı, Kreml nümayəndəsi noyabr ayında keçirilməsi gözlənilən Rusiya-ABŞ-Ukrayna üçtərəfli görüşünə də toxunub. “İnterfaks”ın verdiyi məlumata görə, Uşakov tərəflər arasında planlaşdırılan bu ilk danışıqlar raundunun hələlik “sınaq (kəşfiyyat/hazırlıq) xarakteri” daşıyacağını və böyük gözləntilərə qapılmamaq lazım gəldiyini diqqətə çatdırıb.

Musavat.com