Ər-Riyadda ardıcıl partlayışlar baş veribbackend

Ər-Riyadda ardıcıl partlayışlar baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində bir neçə partlayış səsi eşidilib.

Oxu.Az “Agence France-Presse” agentliyinə istinadən xəbər verir ki, şəhərdə azı üç partlayış qeydə alınıb.

Ərəb koalisiyasının rəsmi nümayəndəsi Turki əl-Maliki bildirib ki, alyans qüvvələri Yəməndəki qiyamçı “Ənsar Allah” (husilər) hərəkatı tərəfindən Ər-Riyad istiqamətində atılmış ballistik raketi aşkarlayaraq zərərsizləşdiriblər.

Məlumata görə, zərərsizləşdirilən raket koalisiya qüvvələri tərəfindən gecə ərzində vurulan azı üçüncü hava hədəfi olub.