Bakıda kafedə Ceyhunu bıçaqlayaraq öldürən deputat Arzuxan Əlizadənin oğludur – Foto/Videobackend

Bakıda kafedə Ceyhunu bıçaqlayaraq öldürən deputat Arzuxan Əlizadənin oğludur – Foto/Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda ölümlə nəticələnən kütləvi dava zamanı Ceyhunu bıçaqlayaraq öldürən şəxs deputat Arzuxan Əlizadənin oğlu Əhməd olub.

Oxu.Az-ın məlumatına görə, bu, Əhmədin ilk cinayəti deyil. Bundan əvvəl də kriminal hadisələrdə onun adı hallanıb.

Qeyd edək ki, A.Əlizadə Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Azərbaycan Milli İstiqlal Partiyasının sədridir.

Xatırladaq ki, hadisə “Ab-hava” restoranında qeydə alınıb.

Bakıda kafedə Ceyhunu bıçaqlayaraq öldürən deputat Arzuxan Əlizadənin oğludur - Foto/Video

Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni detalları məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisənin iştirakçılarından biri deputat Arzuxan Əlizadənin oğludur.

A.Əlizadənin iki oğlu var. Onlardan birinin adı Əhməd, digərinin adı Orxandır. Orxan Əlizadə Xətai Rayon Məhkəməsinin hakimidir. Əhməd isə kriminala meyilli şəxsdir.

Əhməd Əlizadə hadisədən sonra polisə könüllü təslim olub. Kriminal aləmdə “Yeraz Əhməd” kimi tanınır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, insidentdə iştirak edən 9 nəfər polis tərəfindən müəyyən olunaraq saxlanılıb. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Fotoda deputat Arzuxan Əlizadə

Bakıda kafedə Ceyhunu bıçaqlayaraq öldürən deputat Arzuxan Əlizadənin oğludur - Foto/Video

Fotoda hakim Orxan Əlizadə

Bakıda kafedə Ceyhunu bıçaqlayaraq öldürən deputat Arzuxan Əlizadənin oğludur - Foto/Video

Bakıda ölümlə nəticələnən kütləvi davanın bəzi təfərrüatı məlum olub.

Oxu.Az-ın məlumatına görə, davaya səbəb biznes münasibətlərində yaranmış mübahisə olub. Dəhşətli cinayətdə iştirak edən Əhməd adlı şəxsin ölkədə tanınmış vəzifəli şəxslərdən birinin oğlu olduğu iddia edilir. Hadisədən sonra onun könüllü qaydada polisə təslim olduğu deyilir.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisənin digər iştirakçıları olan Kamran və Həsən adlı şəxslər də saxlanılıblar. Məlumata görə, həmin şəxslər paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində reabilitasiya mərkəzi işlədirlərmiş.

Hazırda davanın digər iştirakçılarının saxlanılması ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xatırladaq ki, baş verən kütləvi davada bir nəfər qətlə yetirilib, bir neçə nəfər isə bıçaqlanıb.

Xətai rayonu, Əhmədli qəsəbəsində bir nəfərin ölümü ilə nəticələnən mübahisə ilə bağlı polis hərəkətə keçib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, əməli törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində polis tərəfindən müvafiq tədbirlər görülür.

Bakıda kafelərdən birində kütləvi davada ölən şəxsin kimliyi bəlli olub.

Oxu.Az qətlə yetirilən Ceyhun adlı şəxsin fotosunu əldə edib. O, “Ceyhun Sabunçu” kimi tanınır.

Bakıda kafedə Ceyhunu bıçaqlayaraq öldürən deputat Arzuxan Əlizadənin oğludur - Foto/Video

Xatırladaq ki, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsində qeydə alınıb.

Oktyabrın 23-də gecə tərəflər arasındakı bıçaqlı davada bir nəfər həyatını itirib, bir neçə nəfərin yaralandığı bildirilir.

Bakıda kafelərdən birində kütləvi dava baş verib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsində qeydə alınıb.

Tərəflər arasında başlayan mübahisə əvvəlcə əlbəyaxa davaya çevrilib. Daha sonra tərəflər bir-birilərinə bıçaqla hücum ediblər.

Yekunda bir nəfər həyatını itirib.

Hadisənin görüntülərini təqdim edirik: