“Cəhənnəm Mələkləri” işi üzrə ŞOK QƏRAR – Arabacı ağır cəza aldıbackend

“Cəhənnəm Mələkləri” işi üzrə ŞOK QƏRAR – Arabacı ağır cəza aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cəhənnəm Mələkləri” adı ilə tanınan cinayət qruplaşmasının rəhbəri olduğu iddia edilən Necati Coşkun Arabacının İzmir Məhkəməsində baxılan işi yekunlaşıb.

Musavat.com xəbər verir ki, haqqında 35 ilədək azadlıqdan məhrumetmə cəzası tələb olunan və tez-tez lüks avtomobilləri ilə gündəmə gələn Arabacı cinayət dəstəsi yaratmaq və idarə etmək, qəsdən adam yaralama və qanunsuz silah gəzdirmə maddələri üzrə təqsirli bilinərək, ümumilikdə 15 il 6 ay həbs cəzasına çatdırılıb.

Cehennem Melekleri davasında karar! Arabacı'ya ağır ceza

Necati Coşkun Arabacı haqqında aparılan təhqiqat işi 2025-ci ildə İzmir Adnan Menderes Hava Limanında saxlanılması ilə başlayıb. Polis idarəsindəki əməliyyatlardan sonra həbs edilən Arabacı daha sonra məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.

İzmir Baş Prokurorluğunun bu qərardan protest verməsindən sonra Arabacı haqqında yenidən həbs qətimkan tədbiri seçilib.

İttiham aktında onun 35 ilədək azadlıqdan məhrum edilməsi tələb olunurdu.

Cehennem Melekleri davasında karar! Arabacı'ya ağır ceza

İzmir 20-ci Ağır Cəza Məhkəməsində baxılan iş çərçivəsində Arabacıya “cinayət dəstəsinə rəhbərlik etmək”, “hədə-qorxu ilə tələb etmə (yağma)”, “ağırlaşdırıcı hallarda qəsdən sağlamlığa zərər vurma” və “Odlu silahlar haqqında qanunun tələblərini pozma” maddələri üzrə ittihamlar irəli sürülüb.

İzmir 20-ci Ağır Cəza Məhkəməsinin çıxardığı qərara əsasən, hakim kollegiyası Arabacını “cinayət məqsədli təşkilat yaratmaq və rəhbərlik etmək” maddəsi ilə təqsirli bilib.

Bununla yanaşı, iki fərqli şəxsə qarşı qəsdən sağlamlığa zərər vurma, odlu silahdan istifadə etmə və qanunsuz silah gəzdirmə cinayətlərinə görə ona ümumilikdə 15 il 6 ay azadlıqdan məhrumetmə cəzası kəsilib. Məhkəmə heyəti ittiham aktında yer alan digər epizodlar üzrə isə Arabacıya bəraət verilməsi barədə qərar çıxarıb.