DİPLOMATİK QALMAQAL: Özbəkistan İran səfirini XİN-ə çağırdı – NOTA VERDİbackend

DİPLOMATİK QALMAQAL: Özbəkistan İran səfirini XİN-ə çağırdı – NOTA VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistan Xarici İşlər Nazirliyi İranın Daşkənddəki səfirini nazirliyə çağıraraq ona rəsmi etiraz notası təqdim edib.

Buna səbəb İranın Ermənistan və Zimbabvedəki səfirliklərinin “X” sosial şəbəkəsindəki qalmaqallı paylaşımları olub.

Diplomatik nümayəndəliklər ABŞ dövlət katibi Rubionun Səmərqənddəki Registan meydanı fonunda fotosunu paylaşaraq, bu tarixi abidələrin memarlıq tağlarının “İran-İslam sivilizasiyası”na aid olduğunu iddia ediblər.

Özbəkistan XİN bu bəyanatları Səmərqəndin tarixi-mədəni irsinə qarşı birtərəfli və siyasiləşdirilmiş yanaşma kimi qiymətləndirib.

Nazirlik xüsusi vurğulayıb ki, Səmərqənd, Buxara, Xivə və ölkənin digər tarixi şəhərlərinin mədəni irsi əsrlər boyu formalaşıb və doğrudan-doğruya özbək xalqının tarixini, dövlətçilik ənənələrini və mədəni inkişafını əks etdirir.

Özbəkistan tərəfi İrandan sözügedən paylaşımların təcili silinməsini və gələcəkdə bu cür hallara yol verilməməsini tələb edib.

Özbəkistan XİN İranla qarşılıqlı hörmətə əsaslanan münasibətlərə dəyər verdiyini, lakin öz tarixi və mədəni irsini qətiyyətlə qoruyacağını bildirib.

Musavat.com