Zelenski müharibəni mümkün qədər tez bitirməyə hazırdırbackend

Zelenski müharibəni mümkün qədər tez bitirməyə hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski müharibəni mümkün qədər tez başa çatdırmağa və münaqişəni hazırkı cəbhə xətti boyunca dondurmağa hazır olduğunu bəyan edib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə “ABC News” telekanalına müsahibəsində bildirib.

Zelenskinin sözlərinə görə, Rusiya hazırda Ukrayna ərazisinin 19,3%-nə nəzarət edir. O qeyd edib ki, ərazilərin 25%-dən imtina etmək Ukrayna Silahlı Qüvvələrinin Donbasdan faktiki olaraq çıxması demək olardı.