Türkiyənin Kayseri şəhərində masaj salonu adı altında fahişəlik təşkil edən mütəşəkkil şəbəkə ifşa olunub. Polisin 3 ay davam edən təqibindən sonra 50 əməkdaşın iştirakı ilə 13 ünvana eyni vaxtda əməliyyat keçirilib.
Musavat.com xəbər verir ki, aparılan araşdırma nəticəsində şəhərdəki 5 ayrı masaj salonunda qanunsuz fəaliyyət aşkar edilib.
Aparılan 3 aylıq texniki və fiziki izləmədən sonra reyd keçiriləcək ünvanlar dəqiqləşdirilib.
Polisin 50 nəfərlik heyətlə həyata keçirdiyi eyni vaxtlı basqınlar zamanı 8-i qadın, 4-ü kişi olmaqla ümumilikdə 12 şübhəli saxlanılıb. Ünvanlarda aparılan axtarışlar zamanı istintaq üçün əhəmiyyət kəsb edən çoxsaylı rəqəmsal materiallar ələ keçirilib.
Polis bölməsindəki prosedurları başa çatan 12 şübhəli məhkəməyə çıxarılıb. Hakim qərarı ilə onlardan 10 nəfər barəsində həbs qətimkan tədbiri seçilib və onlar həbsxanaya göndərilib, digər 2 nəfər barəsində isə hüquqi addımlar atılıb.
Əməliyyatın miqyası təkcə saxlanılan təşkilatçılarla məhdudlaşmayıb. Hüquq-mühafizə orqanları sözügedən obyektlərlə əlaqəsi olduğu müəyyənləşdirilən daha 18 qadın haqqında müvafiq hüquqi prosedur həyata keçiriblər.
Musavat.com





