Rəsmi Ankara həm İsrail, həm də Fələstin üçün “qarant” sistemi təklif edirbackend

Rəsmi Ankara həm İsrail, həm də Fələstin üçün “qarant” sistemi təklif edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ankara İsrail-Fələstin münaqişəsinin tərəfləri üçün qarant sisteminin yaradılması ideyasını irəli sürüb.

Editor.az bildirir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib.

O, Türkiyənin Fələstin üçün qarant kimi çıxış etməyə hazır olduğuna aydınlıq gətirib. O, başqa hansı ölkələrin təşəbbüsdə iştirak edə biləcəyi məsələsinə toxunmayıb.

“Digər ölkələr də İsrail üçün qarant olmalıdır. Hər iki tərəfi qane edəcək razılıq əldə edildikdən sonra ölkənin qarantı onun tələblərinin yerinə yetirilməsi üçün məsuliyyət daşımalıdır”, – deyə nazir bildirib. Fidan hesab edir ki, yalnız bu yolla “daimi sülhün bərqərar olması mümkün olacaq”.

Xatırladaq ki, İsraillə Fələstinin HƏMAS hərəkatı arasında müharibə oktyabrın 7-də səhər saatlarında İsrail ərazisinə yüzlərlə raket atılması ilə başlayıb. Oktyabrın 9-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail prezidenti İsaak Hersoq və Fələstin lideri Mahmud Abbasla danışıqlar aparıb.

//Samir Qurbanov, Editor.az