Rusiya bir daha hədələdi: İsveç və Finlandiya NATO-ya üzv olarsa…backend

Rusiya bir daha hədələdi: İsveç və Finlandiya NATO-ya üzv olarsa…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Finlandiya və İsveç NATO-ya daxil olarsa, alyansla Rusiya arasında qarşıdurma məkanına çevriləcəklər”.

Editor.az “Kommersant”a istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib: “Finlandiya və İsveç alyansa qoşulsalar, Şimali Atlantika bloku ilə Rusiya arasında bütün mənfi nəticələri ilə, o cümlədən zamanın sınağından keçmiş mehriban qonşuluq münasibətlərimizə adekvat olmayan qarşıdurma məkanına çevriləcəklər. İsveç və Finlandiya xalqları bunamı can atırlar?”.

Qeyd edək ki, Finlandiya prezidenti Sauli Niinistö mart ayında Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra ölkəsinin və İsveç əhalisinin əksəriyyətinin ilk dəfə olaraq NATO-ya üzv olmağa tərəfdar olduğunu bildirmişdi.

//Fərrux, Editor.az