Şok iddia! Buça cinayətlərini “kadırovcular” və buryatlar törədib!backend

Şok iddia! Buça cinayətlərini “kadırovcular” və buryatlar törədib!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Buça cinayətlərini böyük ölçüdə “kadırovçular” və buryatlar törədib.

Editor.az-ın xəbərinə görə, bunu Ukrayna Ali Radasının insan haqları üzrə komissarı Lyudmila Denisova “GORDON” internet nəşrinin baş redaktoru Ales Batsmana müsahibəsində deyib. “Mən buryatlar və Kadırovtsıların daha qəddar olduqları barədə məlumatları təsdiqləyirəm. Məsələn, Buçada cinayətlərin, edamların, zorlamaların, işgəncələrin və pis rəftarların əsas hissəsi məhz buryatlar və Kadırovtsıların mövqelərində baş verib. Amma başqaları [cinayətkarlar] da var. Hündürboylu, parlaq gözlü, gur səsli” – Denisova deyib.

Onun sözlərinə görə, Rusiya hərbi əsirlərinin Ukraynada saxlanması ilə bağlı şikayətlər az olub. “Mən şəxsən buryat hərbi əsirləri ilə görüşdüm. Çünki mən Ukraynanın “Əsirlərin hüquqlarına riayət edilməsi haqqında” Cenevrə Konvensiyasını necə yerinə yetirdiyini yoxlamağa borcluyam. Getdim, yoxladım. Buryatların hamısı qısa boylu, rezin çəkmələrdə idi. Soruşanda ki, “nə xahiş edirsiniz”, “nə sualınız var”, cavab verirlər ki, “şirniyyat istəyirik”. Deyirəm, şirniyyat Rusiyadadır. Burda başqa suallar, başqa məsələlər var. Məsələn, “niyə rezin çəkmədəsiniz?”. Cavab verirlər: “təlim zamanı ayaqlarımızı isladacağıq”, – Denisova bildirib.

  Editor.az