Sumqayıtda 47 yaşlı kişi küçədə qətlə yetirildibackend

Sumqayıtda 47 yaşlı kişi küçədə qətlə yetirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 12-də saat 23 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində 1975-ci il təvəllüdlü Mahir Allahverdiyevin bıçaqlanaraq öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən 2003-cü təvəllüdlü Murad Kazımov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.