Timatinin keçmiş sevgilisi onun yeni sevgilisi ilə tədbirlərin birində tanış olubbackend

Timatinin keçmiş sevgilisi onun yeni sevgilisi ilə tədbirlərin birində tanış olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı reper Timatinin keçmiş sevgilisi Anastasiya Reşetova onun hazırkı sevgilisi Valentina İvanova ilə eyni tədbirdə bir araya gəlib.

Editor.az bu barədə Peopletalk-a istinadən xəbər verir.

Məlumata görə, Anastasiya Reşetova və Valentina İvanova “The Rozie” brendinin və “Redaktorun Baxışı” adlı parlaq jurnalın təqdimat mərasiminə qatılıblar. Modellər tədbir zamanı birlikdə görüntülər çəkdirib, həmçinin dəvətli bloqerlər və jurnalistlərin kameraları qarşısında qısa söhbət ediblər.

Anastasiya Reşetova reper Timur Yunusov (Timati) ilə münasibətlərindən sonra geniş tanınıb. O, 2019-cu ildə sənətçinin Ratmir adlı oğlunu dünyaya gətirib. Bloqerin sözlərinə görə, münasibətlərdə yaranan soyuqluq onların ayrılmasına səbəb olub. Reşetova daha əvvəl bu münasibəti sağlam olmayan əlaqə kimi dəyərləndirib.

2025-ci il avqustun 2-də Timati üçüncü dəfə ata olub. Valentina İvanova musiqiçiyə qız övladı dünyaya gətirib. Reperin anası Simona Yunusova oğlunu və onun sevgilisini övladlarının dünyaya gəlməsi münasibətilə ictimai şəkildə təbrik edib.

O, şəxsi bloqunda doğum evində çəkilmiş fotoları da paylaşıb. Həmin kadrlardan birində Simona Yunusovanın göbək bağını kəsdiyi görünür.

//Gülnarə Abasova, Editor.az