Goranboy rayonunda 51 yaşlı qadın bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.
Editor.az xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb.
Məlumata görə, rayon sakini S.Ə. döş qəfəsinin kəsilmiş yarası ilə xəstəxanaya çatdırılıb. Ona dərhal tibbi yardım göstərilib. Hazırda qadının vəziyyəti ağır qiymətləndirilir.
Xəsarət alan şəxsin Goranboy Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı vəzifəsində çalışdığı bildirilir.
Hadisənin hansı şəraitdə və hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

