Türkiyə serialında sürpriz qonaq: Mayk Tayson aktyor kimi tamaşaçıların qarşısına çıxırbackend

Türkiyə serialında sürpriz qonaq: Mayk Tayson aktyor kimi tamaşaçıların qarşısına çıxır – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya boksunun əfsanələrindən sayılan Mayk Tayson bu dəfə rinqdə deyil, televiziya ekranlarında görünməyə hazırlaşır. Məşhur amerikalı boksçu Türkiyədə yayımlanan “Tuzlu Kahve” serialına qonaq aktyor kimi qatılacaq.

Editor.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə jurnalist Birsen Altuntaş məlumat yayıb.

Məlumata əsasən, Tayson serialda Buğra Gülsoyun canlandırdığı Mehmet obrazının ABŞ-dan gələn dostunu oynayacaq. Beləliklə, tamaşaçılar dünya şöhrətli idmançını bu dəfə aktyor kimi izləmək imkanı əldə edəcəklər.

Mustafa Kotanın rejissorluğu ilə çəkilən serialın ssenarisi Aslı Zengin, Banu Zengin Tak və Ece Yosmaoğluna məxsusdur. Layihə tanınmış türk aktyorlarını bir araya gətirməsi ilə də diqqət çəkir.

Serialın aktyor heyətində Settar Tanrıöğen, Nevra Serezli, Nebahat Çehre, Hatice Aslan, Binnur Kaya, Şevval Sam, Buğra Gülsoy, Sarp Apak, Eda Ece, Nergis Kumbasar, Enis Arıkan, Yasemin Ergene, Cengiz Bozkurt və Ceren Moray kimi məşhur simalar yer alır.

Taysonun layihədə iştirakı serialın diqqətçəkən məqamlarından biri olacaq. Məşhur boksçunun ekran işində necə görünəcəyi və obrazının süjetdə hansı rol oynayacağı isə tamaşaçılar üçün maraq doğurur.