Ukrayna öhdəlik götürdü: “Taurus” və ATACMS-la Rusiyanı vurmayacaqbackend

Ukrayna öhdəlik götürdü: “Taurus” və ATACMS-la Rusiyanı vurmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Almaniya və ABŞ-a Ukraynanın işğal olunmuş Ukrayna ərazisində düşmən hədəflərini vurmaq məqsədilə istifadəyə vermək istədiyi uzaqmənzilli “Taurus” və ATACMS raketləri ilə Rusiya ərazisinə hücum etməyəcəyinə söz verib.

Editor.az bildirir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının spikeri Yuri İqnat informasiya marafonunda efirdə deyib. “Ukrayna tərəfdaşlarımız qarşısında öhdəlik götürüb. Açıq deyək ki, biz hazırda işğal olunmuş ərazilərdə “Storm Shadow” və “Skalp” raketlərindən istifadə edirik”, – İqnat deyib.

Bu zaman o, Rusiyanın “Minsk” gəmisi və “Rostov-na-Don” sualtı qayığının Krımda sıradan çıxarılmasını, eləcə də Donetsk və Luqansk vilayətlərinin müvəqqəti işğal olunmuş ərazilərindəki obyektlərə hücumları xatırladıb. Ukraynalı pilotlar bu raketlərlə yüksək dəqiqlikli zərbələrlə düşmənin xeyli texnikasını, canlı qüvvəsini və rəhbərliyini məhv edib.

“Ukrayna öz tərəfdaşlarına Rusiya ərazisində bu silahlardan istifadə etməməyi öhdəsinə götürüb. Aydındır ki, dövlətimizin də “Taurus” və ATACMS raketləri ilə bağlı mövqeyi belə olacaq”, – İqnat vurğulayıb.

//Samir Qurbanov, Editor.az