“İranın ali dini lideri Müctəba Xamenei tam sağlamdır”.
Editor.az xəbər verir ki, bunu ölkə parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ali liderlə keçirdiyi görüşü şərh edərkən bildirib.
“Onun əhvalı yüksək idi və mövcud problemləri dərindən anladığını nümayiş etdirirdi. Söhbətimiz zamanı məni ən çox təsirləndirən onun gələcəyə dair son dərəcə nikbin və müsbət mövqeyi oldu”, – deyə o qeyd edib.
Qalibafın sözlərinə görə, görüşdə müharibə, diplomatiya, danışıqlar, makroiqtisadi göstəricilər, eləcə də iqtisadi təcrid və dəniz blokadası ilə bağlı məsələlər müzakirə olunub.
Qeyd edək ki, İranın ali dini liderinin ofisi oktyabrın 21-də Xameneinin parlament sədri ilə görüşdüyünü və tərəflərin İslam Respublikasının ABŞ və İsraillə münaqişəsini müzakirə etdiklərini açıqlamışdı.
Bundan əvvəl İranın ali dini liderinin ofisinin protokol xidmətinin rəhbəri Məzahir Hüseyni isə may ayında Müctəba Xameneinin səhhətinin yaxşılaşdığını bildirmişdi. Onun sözlərinə görə, Xamenei belindən və dizindən xəsarətlər almışdı.

