Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan İranla regional təhlükəsizliyi müzakirə edibbackend

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan İranla regional təhlükəsizliyi müzakirə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın yüksək vəzifəli nümayəndələri Tehranda İran rəsmiləri ilə görüşərək regionda gərginliyin azaldılması yollarını müzakirə ediblər.

Editor.az xəbər verir ki, Reuters-in məlumatına görə, görüş ABŞ və İsrailin İranla qarşıdurması fonunda regionda münaqişənin genişlənməsinin qarşısını almaq məqsədi daşıyır. Danışıqlarda Yəməndə husilərin fəaliyyəti, Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi və İran limanlarına tətbiq olunan blokada məsələləri diqqət mərkəzində olub.

Pakistan region ölkələri arasında hücum etməmək barədə razılaşma şəbəkəsinin yaradılması ideyasını irəli sürüb. Tərəflər regional sülh və təhlükəsizlik üzrə dialoqu davam etdirmək barədə razılığa gəliblər.
İran isə ABŞ ilə nüvə danışıqlarının bərpası üçün sanksiyaların ləğvi və blokadanın dayandırılması kimi tələblərinin nəzərə alınmasını istəyir.

Bu diplomatik təşəbbüs regionda bir-biri ilə rəqabət aparan dövlətlər arasında birbaşa əlaqələrin əhəmiyyətini göstərir. Lakin görüşün real nəticələri tərəflərin təhlükəsizlik məsələlərində nə dərəcədə güzəştə getməsindən asılı olacaq.

//Samir Qurbanov, Editor.az