Bank faizləri ləğv edilir – Özbəkistanda şəriət qaydaları ilə böyük yenilikbackend

Bank faizləri ləğv edilir – Özbəkistanda şəriət qaydaları ilə böyük yenilik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistanda bank sektorunda mühüm yenilik baş verir.

ölkədə ilk dəfə İslam şəriəti prinsipləri əsasında fəaliyyət göstərəcək bank müştərilərə ənənəvi faizli kreditlər əvəzinə halal maliyyələşdirmə imkanları təqdim edəcək.

Özbəkistan Mərkəzi Bankı yerli Open Bank-a ölkədə bu istiqamətdə ilk lisenziyanı verib.

Yeni sistemə əsasən, bank müştərilərə adi faizli kreditlər verməyəcək. Bunun əvəzinə malların hissə-hissə ödənilməsi, alışların əvvəlcədən maliyyələşdirilməsi və biznesdə tərəfdaşlıq mexanizmləri tətbiq olunacaq.

Sistemin əsas xüsusiyyəti ondan ibarətdir ki, bank müştərinin almaq istədiyi məhsulu əvvəlcə özü satın alacaq, daha sonra müəyyən edilmiş sabit əlavə qiymətlə hissə-hissə ödəniş şərti ilə ona satacaq.

Beləliklə, İslam dinində qadağan edilən kredit faizi əvəzinə əvvəlcədən razılaşdırılmış ticarət qazancı mexanizmindən istifadə olunacaq.

Diqqətçəkən digər məqam gecikdirilən ödənişlərlə bağlıdır. Müştəri ödənişi vaxtında həyata keçirmədikdə tətbiq edilən cərimə bankın gəlirinə çevrilməyəcək, xeyriyyə məqsədlərinə yönəldiləcək.

Lakin bu şərtlər bankın müştərilərə qarşı tələblərini də sərtləşdirəcək. Kredit qabiliyyətinin yoxlanılması və girov təminatı ilə bağlı tələblər ənənəvi banklarla müqayisədə daha ciddi olacaq.

Qeyd edək ki, Rusiyada da 2023-cü ildən İslam bankçılığı üzrə eksperiment həyata keçirilir. Ölkədə bu prinsiplərlə fəaliyyət göstərən 38 təşkilat qeydiyyatdan keçib.

Rusiya Mərkəzi Bankının məlumatına görə, həmin təşkilatlar indiyədək 14,7 milyard rubl vəsait cəlb ediblər. Hazırda ölkə hakimiyyəti İslam bankçılığına dair qaydaların daimi əsaslarla tətbiq edilməsi imkanlarını müzakirə edir.

Musavat.com