Oktyabrın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu keçəcəyi gözlənilir. Gün ərzində buludlar arabir sıxlaşsa da, əsasən yağıntısız hava müşahidə olunacaq. Axşam saatlarında isə bəzi ərazilərdə yağış yağma ehtimalı var.
Şimal-şərq küləyinin əsəcəyi gözlənilir.
Paytaxt və Abşeron yarımadasında gecə temperatur 13-15 dərəcə, gündüz isə 16-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-65 faiz arasında dəyişəcək.
Azərbaycanın rayonlarında yağış, leysan və dolu ehtimalı var
Ölkənin bölgələrində oktyabrın 28-də hava şəraiti bəzi ərazilərdə yağıntılı olacaq. Ayrı-ayrı rayonlarda arabir yağış yağacağı, şərq bölgələrində isə qısamüddətli leysan, şimşək və dolu ehtimalının olduğu bildirilir.
Bəzi ərazilərdə duman müşahidə ediləcəyi, şərq küləyinin əsəcəyi proqnozlaşdırılır.
Rayonlarda gecə temperaturun 12-15 dərəcə, gündüz 18-21 dərəcə isti olacağı gözlənilir. Dağlıq ərazilərdə isə hava daha sərin keçəcək: gecə 0-5 dərəcə, gündüz 5-9 dərəcə isti olacaq.

