BMT-nin rəhbərliyinə kim gələcək?Azərbaycanın mövqeyi bəlli oldubackend

BMT-nin rəhbərliyinə kim gələcək? Azərbaycanın mövqeyi bəlli oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlət naziri Lana Zəki Nusseybehin Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi vəzifəsinə namizədliyinin irəli sürülmək təşəbbüsünü alqışlayır.

Editor.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.

XİN rəsmisi qeyd edib ki, Azərbaycan namizədlərin peşəkar keyfiyyətlərinə, diplomatik təcrübəsinə, qərəzsizliyinə və üzv dövlətlər arasında konsensusun formalaşdırılması bacarığına əsaslanan, BMT Nizamnaməsinin rəhbər tutulduğu seçim prosesinin vacibliyini vurğulayır.

“Ümid edirik ki, bu proses daha güclü, səmərəli və müasir çağırışlara çevik reaksiya göstərən Birləşmiş Millətlər Təşkilatının formalaşmasına töhfə verəcək nəticə ilə yekunlaşacaq”, – deyə A.Hacızadə əlavə edib.