Xocalıda sülhməramlılar erməni avtomobili ilə toqquşdu – 4 ÖLÜ (FOTO)backend

Xocalıda sülhməramlılar erməni avtomobili ilə toqquşdu – 4 ÖLÜ (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının avtomobili Xankəndi-Xocalı avtomobil yolunda ağır qəzaya uğrayıb. 

“Unikal”erməni KİV-lərinə istinadən xəbər verir ki, polisin məlumatına görə, nəticədə 4 nəfər (qadın) ölüb.

Bildirilib ki, 1992-ci il təvəllüdlü Rusiya sülhməramlısının idarə etdiyi “HAVAL H9” markalı avtomobil, Xocalı rayonunun Dağyurd kəndində məskunlaşan erməninin “VAZ-2107” markalı avtomobili ilə toqquşub.

Qəza nəticəsində “VAZ-2107″nin sürücüsü sağ ağciyərin aşağı nahiyəsinin kəsilmiş-deşilmiş sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Elə həmin avtomoobilin 4 qadın sərnişini isə yerindəcə keçinib.

 

  • Xocalıda sülhməramlılar erməni avtomobili ilə toqquşdu - 4 ÖLÜ (FOTO)
  • Xocalıda sülhməramlılar erməni avtomobili ilə toqquşdu - 4 ÖLÜ (FOTO)