22 yaşlı tələbənin öldüyü qəzanın YENİ GÖRÜNTÜLƏRİ yayıldı – VİDEObackend

22 yaşlı tələbənin öldüyü qəzanın YENİ GÖRÜNTÜLƏRİ yayıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Kayseri şəhərində 22 yaşlı tibb fakültəsinin tələbəsi Yaren Mercanın həyatını itirdiyi ağır yol qəzasının yeni təhlükəsizlik kamerası görüntüləri üzə çıxıb.

Musavat.com xəbər verir ki, qəza martın 19-da Talas rayonunda baş verib.

Kadir Efenin idarə etdiyi avtomobil Yaren Mercanın sürdüyü motosikletlə toqquşub. Ağır yaralanan gənc qadın xəstəxanaya çatdırılsa da, ertəsi gün həyatını itirib.

Yayılan yeni görüntülərdə toqquşmanın təsirindən Yaren Mercanın bir neçə metr havaya atıldığı, dəbilqəsinin isə başından çıxaraq yerə düşdüyü görünür.

Qəzanın ardından sürücü Kadir Efenin qanında 1,05 promil spirt olduğu müəyyən edilib. O, saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Mərhum tələbənin ailəsi isə təqsirləndirilən şəxsin qanun çərçivəsində ən ağır şəkildə cəzalandırılmasını tələb edib.

Məhkəmə Kadir Efenin həbsdə qalmasına qərar verərək prosesi əlavə araşdırmaların aparılması üçün növbəti tarixə təxirə salıb.