ABŞ Cənubi Koreya ilə birgə desant təlimlərini ləğv edib – NYTbackend

ABŞ Cənubi Koreya ilə birgə desant təlimlərini ləğv edib – NYT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Cənubi Koreya ilə birgə desant təlimlərini ləğv edib – NYT
ABŞ gələn ay Cənubi Koreya ilə keçirilməsi planlaşdırılan birgə desant təlimlərini ləğv edib.

Vaşinqton qərarı İran müharibəsi səbəbindən ABŞ hərbi qüvvələrinin resurslarının məhdudlaşması ilə izah edib.
Söhbət “Ssangyong” adlı genişmiqyaslı amfibiya təlimlərindən gedir. Cənubi Koreya Dəniz Piyadaları Korpusunun məlumatına görə, ABŞ tərəfi hələ iyun ayında təlim üçün qüvvə ayırmaq imkanlarının məhdud olduğunu Seula bildirib.

Bununla yanaşı, “The New York Times” təlimlərin ləğv edilməsinin arxasında yalnız İran müharibəsinin dayanmadığını ehtimal edir. Qərar ABŞ-ın Cənubi Koreya ilə hərbi təlimlərə yanaşmasında mümkün dəyişikliklərlə bağlı suallar yaradıb.

ABŞ Prezidenti Donald Tramp bundan əvvəl digər mühüm ABŞ-Cənubi Koreya hərbi təliminin — “Ulchi Freedom Shield” manevrlərinin də miqyasının azaldılmasına göstəriş vermişdi. Təlimlər planlaşdırıldığından daha erkən başa çatdırılıb.
ABŞ və Cənubi Koreya ləğv edilmiş desant təlimlərinin gələcəkdə bərpa edilməsi imkanlarını müzakirə edir.
Qərarlar fonunda Şimali Koreya da ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərini kəskin tənqid edib və son günlərdə qısamənzilli ballistik raketlər buraxıb.

//Samir Qurbanov, Editor.az