Böyük Britaniyanın Baş naziri Endi Börnhəm və Fransa Prezidenti Emmanuel Makron Rusiyanın “kölgə donanması”na qarşı sanksiyaların daha da sərtləşdirilməsinin tərəfdarı olduqlarını bildiriblər.
Editor.az xəbər verir ki, bu barədə siyasətçilər avqustun 24-də Kiyevdə keçirilən “İstəyənlər koalisiyası”nın toplantısının açılışında çıxış edərkən danışıblar. Görüşdə əsas diqqət Ukraynaya hərbi dəstəyin artırılmasına və Rusiyaya qarşı iqtisadi təzyiqin gücləndirilməsinə yönəlib.
Börnhəm Rusiyanın neft və mayeləşdirilmiş təbii qaz ixracından əldə etdiyi gəlirləri azaltmaq üçün əlavə sanksiyaların tətbiqinə çağırıb. Makron da Rusiyanın enerji gəlirlərinə təzyiqin artırılmasının vacibliyini vurğulayıb.
“İstəyənlər koalisiyası”nın birgə bəyanatında Rusiyanın hərbi-sənaye kompleksinə və onu dəstəkləyən tərəflərə qarşı sanksiyaların sərtləşdirilməsi barədə razılığın əldə olunduğu bildirilib.
Qeyd edək ki, “kölgə donanması” Rusiyanın neft ixracına tətbiq edilən Qərb məhdudiyyətlərindən yayınmaq üçün istifadə etdiyi tanker şəbəkəsinə verilən addır.
//Samir Qurbanov, Editor.az

