Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub – FOTObackend

Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Leyla Əliyeva avqustun 24-də ilk Buxara Müasir İncəsənət Biennalesinin əsərlərinin bir hissəsi ilə tanış olub.

Editor.az  AZƏRTAC-a istinadla xəbər verir ki, Buxara Biennalesi Özbəkistan Mədəniyyət və İncəsənətin İnkişafı Fondu tərəfindən keçirilir. İlk dəfə 2025-ci ildə keçirilən Buxara Biennalesi Mərkəzi Asiyanın ən böyük mədəniyyət tədbirlərindən birinə çevrilib.

Hazırda Buxarada ilk Biennaledə nümayiş olunan əsərlərin bir hissəsi yenidən sərgilənir. Ekspozisiyada yerli və xarici müəlliflərin 70-ə yaxın əsərini görmək mümkündür. 2027-ci ildə ikinci Buxara Müasir İncəsənət Biennalesinin keçirilməsi planlaşdırılır.