Ukrayna və Böyük Britaniya müdafiə və təhlükəsizlik sahəsində süni intellekt texnologiyalarının inkişafını nəzərdə tutan tərəfdaşlıq sazişi imzalayıb.
Sənəd avqustun 24-də Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski və Böyük Britaniyanın Baş naziri Endi Börnhəm arasında keçirilən görüş zamanı imzalanıb.
Razılaşma çərçivəsində Britaniya Ukraynanın Avengers AI Labs platformasına çıxış əldə edəcək. Bu sistem döyüş meydanından toplanan məlumatlar əsasında süni intellekt modellərinin hazırlanmasında istifadə olunur.
Tərəflər həmçinin süni intellekt əsaslı müdafiə texnologiyalarının hazırlanması, pilotsuz sistemlər, kibertəhlükəsizlik və hərbi imkanların inkişafı üzrə birgə layihələr həyata keçirəcək. Tərəfdaşlığın ilkin mərhələsində bir sıra pilot layihələrin reallaşdırılması planlaşdırılır.
Böyük Britaniya bu razılaşma ilə Ukraynanın Avengers AI Labs sisteminə çıxış əldə edən ilk beynəlxalq tərəfdaş olacaq.
Britaniya hökuməti sənədi iki ölkə arasında müdafiə və texnologiya sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirib. Saziş hüquqi baxımdan məcburi öhdəlik yaratmır və tərəflərin siyasi niyyətlərini əks etdirir.
//Samir Qurbanov, Editor.az

