Ukrayna, ABŞ və Avropalı tərəfdaşları ilə birlikdə Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün bir sıra təkliflər hazırlayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, hazırlanan plan ABŞ və Avropa tərəfi ilə razılaşdırılmış əsas müddəaları özündə birləşdirir. Məlumata görə, təşəbbüsün əsas məqsədi döyüşlərin dayandırılması və müharibənin sona çatdırılması üçün siyasi prosesə zəmin yaratmaqdır.
Planın əsas bəndləri arasında atəşkəsin elan edilməsi, Rusiya və Ukrayna qoşunlarının qarşılıqlı şəkildə geri çəkilməsi və tərəflər arasında bufer zonasının yaradılması yer alır.
Zelenskinin sözlərinə görə, ABŞ tərəfinin də əlavə təklifləri var və onların yaxın zamanda təqdim edilməsi gözlənilir.
Bununla yanaşı, Moskvanın mövqeyi hələ də Kiyevin təkliflərindən fərqlənir. Rusiya hərbi əməliyyatları davam etdirəcəyini bildirir və bu səbəbdən planın reallaşması ilə bağlı diplomatik maneələr qalmaqdadır.
//Samir Qurbanov, Editor.az

