Türkiyənin Uşak şəhərində 5 yaşlı uşaq evdə yatağında ölü tapılıb.
Editor.az hadisə ilə bağlı Türkiyə mətbuatına istinadən xəbər verir.
Məlumata görə, meyit ölüm səbəbinin müəyyən edilməsi üçün yarılma üçün Uşak Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Ərindən ayrıldığını öyrənən ananın polisə verdiyi ifadədə oğlunun gecələr qızdırması olduğu, ancaq səhhətinin yaxşı olduğu bildirilib.
Bildirilib ki, hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
//Gülnarə Abasova, Editor.az

