Sosial şəbəkələrdə yayılan ayıq sürücü ilə müştəri arasında qiymət mübahisəsi geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, iddialara görə, ayıq sürücü xidməti sifariş edən müştəri ilə sürücü arasında ödəniş məbləği ilə bağlı narazılıq yaranıb.
Paylaşılan fotoda müştəri xidmətin tətbiqdə və ya əvvəlcədən göstərilən qiymət əsasında həyata keçirilməli olduğunu bildirsə də, sürücü qiymətdən asılı olmayaraq ondan 50 manat alacağını deyir. Bu isə tərəflər arasında gərginliyə səbəb olur.
Hadisə ilə bağlı sosial şəbəkədə müzakirə olunaraq müxtəlif fikirlər səsləndirilib. Bəziləri xidmət haqqının əvvəlcədən müəyyənləşdirilməsinin vacibliyini vurğulasa da, digərləri sürücünün tələb etdiyi məbləğin əsaslandırılmalı olduğunu qeyd ediblər.



