Efiopiyanın Tiqray bölgəsində hökumət qüvvələri ilə silahlı qruplar arasında yeni toqquşmalar baş verib.
Editor.az xəbər verir ki, AP-nin məlumatına görə, bölgədə əvvəlki münaqişənin tərəfləri arasında əldə edilmiş sülh razılaşmasının gələcəyi ilə bağlı narahatlıqlar artır. Döyüşlərin genişlənməsi Efiopiyanın digər bölgələrinə və qonşu Eritreyaya da təsir göstərə bilər.
Tiqrayda yeni qarşıdurma regionda humanitar vəziyyətlə bağlı narahatlığı artırıb. Yerli sakinlərin bir hissəsinin təhlükəsizlik səbəbindən ərazini tərk etməyə çalışdığı bildirilir.
//Samir Qurbanov, Editor.az

