Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Abbas Əraqçi Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
Reuters-in məlumatına görə, görüş BMT Baş Assambleyasının iclası çərçivəsində baş tutub.
Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında tərəflərin İran ətrafındakı vəziyyətə xüsusi diqqət ayırdığı bildirilib.
Moskva və Tehran regional böhranın həlli üçün diplomatik mexanizmlərin əhəmiyyətini vurğulayıblar.
Görüş Yaxın Şərqdə hərbi qarşıdurmanın davam etdiyi bir vaxtda baş tutub
//Samir Qurbanov, Editor.az

