Zelenski Trampdan Çinin Rusiyaya təsir göstərməsini istəyibbackend

Zelenski Trampdan Çinin Rusiyaya təsir göstərməsini istəyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampdan Çin lideri Si Cinpindən Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması istiqamətində Moskva üzərində təsir imkanlarından istifadə etməsini istəyib.

Zelenskinin sözlərinə görə, Çin Rusiyanın mövqeyinə təsir göstərə biləcək mühüm dövlətlərdən biridir. Ukrayna rəhbəri Trampın Si Cinpinlə görüşündə bu məsələnin müzakirə olunmasını istəyib.

Zelenski bildirib ki, Ağ Evdən görüşün nəticələri barədə hələ rəsmi məlumat almayıb. Bununla yanaşı, Kiyev diplomatik kanallar vasitəsilə müharibənin dayandırılması üçün beynəlxalq təzyiqin artırılmasına çalışır.

//Samir Qurbanov, Editor.az