Tramp və Si Cinpin Vaşinqtondakı görüşlərini başa çatdırdıbackend

Tramp və Si Cinpin Vaşinqtondakı görüşlərini başa çatdırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpin iki ölkə arasında münasibətlərin sabitləşdirilməsi məqsədilə keçirilən görüşləri başa çatdırıblar.

Liderlər Ağ Evdə bir araya gəlib, daha sonra ABŞ Milli Arxivində ABŞ Konstitusiyası və Hüquqlar Bəyannaməsi ilə tanış olublar.
Görüşlərin əsas gündəmində ABŞ-Çin ticarət münasibətləri, süni intellekt, texnologiya, İran ətrafında vəziyyət və digər beynəlxalq məsələlər olub. Vaşinqton və Pekin arasında rəqabət davam etsə də, tərəflərin yüksək səviyyəli dialoqu qorumağa çalışdığı bildirilir.

Reuters-in məlumatına görə, ABŞ və Çin arasında ticarət danışıqlarının nəticələri ilə bağlı daha ətraflı məlumatın bazar ertəsi açıqlanması gözlənilir.

//Samir Qurbanov, Editor.az