Avropa, yoxsa Moskva? – İrəvanda KRİTİK SEÇİM: Əhalinin yarısından çoxu…backend

Avropa, yoxsa Moskva? – İrəvanda KRİTİK SEÇİM: Əhalinin yarısından çoxu…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan vətəndaşlarının təxminən 60%-i ölkənin Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyü məsələsi ilə bağlı referendumun keçirilməsini dəstəkləyir.

Bu barədə “Gallup International” təşkilatının təqdim etdiyi rəy sorğusunun nəticələrində bildirilir.

“Respondentlərin 38,9%-i referendumun mütləq keçirilməli olduğunu, 20,3%-i isə bunun böyük ehtimalla vacib sayıldığını qeyd edib. Yəni vətəndaşların təxminən 60%-i referendumun keçirilməsini zəruri hesab edir. Sorğuda iştirak edənlərin 9,3%-i referendumun ehtimal ki, gərəksiz olduğunu, 25,1%-i qətiyyən lazım olmadığını bildirib, 6,9%-i isə cavab verməkdə çətinlik çəkib”, – deyə “Gallup International”ın Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyan nəticələrin təqdimatı zamanı bildirib.

Aİİ, yoxsa Avropa İttifaqı?

O, həmçinin bildirib ki, Aİİ və Avropa İttifaqı (Aİ) arasında seçim sorğusu zamanı avropaya inteqrasiya tərəfdarları ilə əleyhdarlarının nisbəti bir-birinə yaxın olub. Respondentlərin 29,4%-i Aİİ-nin tərkibində qalmağı, 35,1%-i isə Aİ-yə üzvlük istiqamətində addım atmağı vacib sayıb. Sorğuda iştirak edənlərin 24,7%-i səsvermədə iştirak etməyəcəyini, 10,9%-i isə rəy bildirməkdə çətinlik çəkdiyini qeyd edib.

Rusiya hərbi bazası ilə bağlı mövqe

Bununla yanaşı, Rusiyanın 102-ci hərbi bazasının Ermənistandan çıxarılması ilə bağlı da sorğu aparılıb.

“Vətəndaşların 39,7%-i Rusiyanın 102-ci hərbi bazasının ölkə təhlükəsizliyinin təmin edilməsi üçün vacib olduğunu bildirib. 24,7%-i bazanın ölkədə qalmasını, lakin yerləşdirilmə şərtlərinə yenidən baxılmasını zəruri hesab edib. Bütövlükdə respondentlərin təxminən 65%-i hərbi bazanın Ermənistanda qalmasının tərəfdarıdır”, – deyə Navasardyan vurğulayıb.

Məlumata görə, sorğuda iştirak edənlərin 28%-dən çoxu Rusiyanın hərbi bazanı çıxarmalı olduğunu düşündüyünü, 6,8%-i isə cavab verməkdə çətinlik çəkdiyini bildirib.

Musavat.com