Opta Analyst-in superkompüteri 2026-cı il futbol üzrə dünya çempionatının 1/4 final mərhələsinin başa çatmasından sonra turnirin qalibi olmağa ən real namizədləri müəyyənləşdirib.
Yenilənmiş proqnoza əsasən, Fransa millisi dünya çempionatının əsas favoriti hesab olunur. Superkompüterin hesablamalarına görə, Fransa kuboku qazanmaq ehtimalına görə bütün digər yarımfinalçıları qabaqlayır.
Çempionatın yarımfinal mərhələsində aşağıdakı qarşılaşmalar keçiriləcək:
Fransa – İspaniya
İngiltərə – Argentina
Opta-nın qiymətləndirməsinə əsasən, Fransa birinci, İspaniya isə ikinci əsas favoritdir. İngiltərə və Argentina da çempionluq uğrunda ciddi iddiaçılar sırasında yer alır.
//Samir Qurbanov, Editor.az

