Almaniya kansleri: Ukrayna ilə bağlı danışıqlara başlamağın vaxtı çatıbbackend

Almaniya kansleri: Ukrayna ilə bağlı danışıqlara başlamağın vaxtı çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya kansleri Fridrix Merts Ukrayna ilə bağlı sülh danışıqlarına başlamaq üçün münasib vaxtın yetişdiyini bildirib.

O, bu açıqlamanı Ukraynaya dəstək verən ölkələrin daxil olduğu “İstəklilər koalisiyası”nın iclasından sonra verib. Mertsin sözlərinə görə, hazırkı vəziyyət diplomatik səylərin artırılmasını və münaqişənin siyasi yolla həlli istiqamətində danışıqların başlanmasını zəruri edir.

Kansler əlavə edib ki, Avropa ölkələri Ukraynaya dəstəyi davam etdirəcək, eyni zamanda müharibənin dayandırılması üçün diplomatik imkanlardan da istifadə olunmalıdır.
Fridrix Mertsin çıxışı DRM News-un YouTube kanalı vasitəsilə yayımlanıb.

//Samir Qurbanov, Editor.az