ABŞ-da inflyasiya yüksəlib: yanacaq qiymətləri artımın əsas səbəblərindən biri kimi göstərilirbackend

ABŞ-da inflyasiya yüksəlib: yanacaq qiymətləri artımın əsas səbəblərindən biri kimi göstərilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da istehlak inflyasiyasının may ayında son üç ilin ən sürətli artım tempini göstərdiyi bildirilir.

İlkin qiymətləndirmələrə görə, qiymət artımında əsas rol yanacaq və ümumilikdə enerji daşıyıcılarının bahalaşmasına aiddir. Benzin qiymətlərindəki artımın istehlak səbətinə birbaşa təsir etdiyi qeyd olunur.

Analitiklər inflyasiyanın yüksəlməsini qlobal enerji bazarındakı dəyişkənlik və neft qiymətlərindəki artımla əlaqələndirirlər.
Reuters-in məlumatına əsasən, istehlak qiymətlərindəki artım xüsusilə yanacaq xərclərinin yüksəlməsi fonunda qeydə alınıb.
ABŞ iqtisadi göstəriciləri Federal Ehtiyat Sistemi (FED) tərəfindən yaxından izlənilir və inflyasiya dinamikası pul-kredit siyasəti qərarlarında əsas göstəricilərdən biri hesab olunur.

//Samir Qurbanov, Editor.az