Kanadalı jurnalist Aaron Maté Ukraynanın gələcəkdə dənizə çıxışı olmayan ölkəyə çevrilə biləcəyi barədə xəbərdarlıq edib.
O, X sosial şəbəkəsində paylaşdığı fikirdə bildirib ki, müharibənin gedişatı Kiyev üçün əlverişsiz istiqamətdə davam edərsə, Ukrayna Qara dənizə çıxışını itirmək riski ilə üzləşə bilər.
Bununla belə, Matenin açıqlaması şəxsi qiymətləndirmə xarakteri daşıyır və rəsmi qurumlar tərəfindən səsləndirilmiş proqnoz və ya təsdiqlənmiş məlumat deyil.
//Samir Qurbanov, Editor.az

