ABŞ Prezidenti Donald Tramp Avropanın üzləşdiyi əsas problemlərlə bağlı sərt bəyanatla çıxış edib.
O, jurnalistlərə açıqlamasında Avropanı zəiflədən iki əsas amilin miqrasiya və enerji siyasəti olduğunu bildirib.
“Avropanı iki şey məhv edir. Birincisi miqrasiya, ikincisi isə energetikadır”, – deyə Tramp vurğulayıb.
ABŞ prezidentinin sözlərinə görə, məhz bu iki məsələ qitənin gələcəyi üçün ən ciddi təhlükələrdən biri hesab olunur. Trampın açıqlaması Avropada miqrasiya və enerji təhlükəsizliyi ilə bağlı müzakirələrin davam etdiyi bir dövrdə səslənib.
//Samir Qurbanov, Editor.az

