ABŞ səfiri: Patriot raketlərinin Ukraynada istehsalı üzrə saziş qışa qədər bağlanmayacaqbackend

ABŞ səfiri: Patriot raketlərinin Ukraynada istehsalı üzrə saziş qışa qədər bağlanmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və Ukrayna arasında Patriot hava hücumundan müdafiə sistemləri üçün raket-tutucuların Ukraynada istehsalını nəzərdə tutan sazişin bu qışa qədər imzalanması gözlənilmir.

Editor.az xəbər verir ki, bu barədə ABŞ-ın NATO yanında daimi nümayəndəsi Metyu Uitaker Fox Business telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Vaşinqton və Kiyev birgə istehsal layihəsi üzərində işləməyə davam etsələr də, razılaşmanın bu qışadək yekunlaşdırılması real görünmür.

Uitaker qeyd edib ki, hazırda əsas diqqət Ukraynanın təcili hava hücumundan müdafiə ehtiyaclarının qarşılanmasına yönəlib. O vurğulayıb ki, raketlərin birgə istehsalı ilə bağlı danışıqlar davam edir, lakin sazişin imzalanması üçün daha çox vaxt tələb olunur.

//Samir Qurbanov, Editor.az