Ölümə yaxınlaşan insanların əksəriyyəti yuxularında vəfat etmiş yaxınları, dostları və ya ev heyvanları ilə qarşılaşır. Bu barədə nevroloq Kris Kerr The Times nəşrinə müsahibəsində məlumat verib.
Editor.az xəbər verir ki, Həkimin sözlərinə görə, hospis xəstələri arasında aparılan müşahidələr göstərir ki, həyatın son günlərində görülən bu yuxular insanlara sakitlik və mənəvi rahatlıq hissi bəxş edir. O bildirib ki, bir çox pasiyent vəfat etmiş ailə üzvləri ilə görüşdüyünü, onlarla söhbət etdiyini və ya birlikdə vaxt keçirdiyini danışır.
Kerr qeyd edib ki, bu cür yuxular tibbdə kifayət qədər geniş müşahidə olunan hadisələrdən biri hesab olunur. Onun fikrincə, belə təcrübələr ölüm qorxusunu azaltmağa və insanın həyatının son mərhələsini daha rahat qəbul etməsinə kömək edə bilər.
//Samir Qurbanov, Editor.az

