Rusiya vətəndaşları yenidən ABŞ-dan poçt bağlamaları qəbul edə biləcəklər. Məlumata görə, 2022-ci ildə dayandırılmış poçt idxalı iki ölkənin operatorları arasında əldə olunan razılaşmadan sonra bərpa edilib.
Rusiya mətbuatının yazdığına görə, tərəflər may ayının sonunda poçt daşımalarının yenidən həyata keçirilməsinə başlayıblar və ilk göndəriş partiyası artıq Rusiyaya çatdırılıb.
Bildirilir ki, bərpa olunan marşrut ABŞ-dan göndərilən beynəlxalq poçt bağlamalarının Rusiya ərazisinə çatdırılmasını yenidən mümkün edir.
Xidmətin hansı həcmdə fəaliyyət göstərəcəyi və gələcəkdə genişləndirilib-genişləndirilməyəcəyi barədə isə hələlik ətraflı məlumat verilməyib.
Poçt mübadiləsi Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlamasından sonra tətbiq edilən məhdudiyyətlər səbəbindən 2022-ci ildə dayandırılmışdı. İndi isə iki ölkənin poçt operatorları arasında əməkdaşlığın qismən bərpa olunduğu bildirilir.
//Samir Qurbanov, Editor.az


