ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcəsini 3,75–4 faizə yüksəldib
ABŞ Federal Ehtiyat Sistemi (FED) 2023-cü ildən bəri ilk dəfə əsas faiz dərəcəsini artırıb. Qurum inflyasiyanın hədəfdən yüksək olaraq qalması fonunda uçot dərəcəsini 0,25 faiz bəndi artıraraq 3,75–4 faiz aralığına çatdırıb.
Editor.az xəbər verir ki, Reuters-in məlumatına görə, qərar FED-in inflyasiya ilə mübarizəni prioritet olaraq saxladığını göstərir. Qərarın yekdilliklə qəbul edilməsi də maliyyə bazarlarının diqqətini çəkib.
Faiz artımı kreditlərin bahalaşmasına səbəb ola bilər. Bu isə həm istehlakçıların, həm də şirkətlərin borclanma xərclərini yüksəldərək iqtisadi aktivliyə təsir göstərə bilər. Xüsusilə faiz dərəcələrinə daha həssas olan sektorlar üçün yeni vəziyyət əlavə təzyiq yarada bilər.
Qərardan sonra ABŞ səhmlərində müəyyən geriləmə müşahidə olunub. S&P 500 indeksi 0,45 faiz aşağı düşüb, dollar isə möhkəmlənib. FED rəsmilərinin proqnozlarına əsasən, 2026-cı il ərzində daha bir faiz artımı ehtimalı da nəzərdə tutulur.
//Samir Qurbanov, Editor.az

