Dünya liderləri gələn həftə Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasında bir araya gələcəklər.
Builki toplantının əsas mövzuları sırasında Ukraynadakı müharibə, İranla bağlı vəziyyət, İsrail-Fələstin münaqişəsi, Sudan böhranı, süni intellektin təhlükəsizliyi və iqlim dəyişikliyi yer alacaq.
Ukrayna Prezidenti Volodimir Zelenskinin Kiyevə beynəlxalq dəstəyi gücləndirməyə çalışacağı gözlənilir. Rusiya xarici işlər naziri Sergey Lavrovun da sessiyada çıxış etməsi planlaşdırılır.
İsrail Baş naziri Benyamin Netanyahu da Baş Assambleyada çıxış edəcək. Fələstin Prezidenti Mahmud Abbasın isə ABŞ tərəfindən viza verilmədiyi üçün tədbirdə videobağlantı vasitəsilə iştirak edə biləcəyi bildirilir.
Bundan əlavə, BMT-nin hazırkı baş katibi Antonio Quterreşin səlahiyyət müddətinin 2026-cı ilin sonunda başa çatması ilə əlaqədar onun varisinin seçilməsi məsələsi də diplomatik gündəmdə olacaq.
//Samir Qurbanov, Editor.az

