Yəməndə İranla əlaqəli husilərin son günlərdə ölkənin qərb sahillərində mövqelərini genişləndirməsi Yaxın Şərqdə təhlükəsizlik vəziyyətini daha da gərginləşdirib.
Husilərin Qırmızı dənizdə strateji əhəmiyyət daşıyan ərazilərə nəzarəti artırması Bab əl-Məndəb boğazının təhlükəsizliyi ilə bağlı narahatlıqları gücləndirib. Bu marşrut Asiya ilə Avropa arasındakı beynəlxalq ticarət üçün mühüm əhəmiyyət daşıyır.
Müşahidəçilər bildirirlər ki, Yəməndəki gərginliyin artması Səudiyyə Ərəbistanı ilə İran arasındakı münasibətlərə də təsir göstərə bilər.
Böhran həmçinin qlobal enerji bazarları üçün risk yaradır. Dəniz nəqliyyatında mümkün məhdudiyyətlərin neft və digər enerji məhsullarının qiymətlərinə təsir göstərə biləcəyi bildirilir.
//Samir Qurbanov, Editor.az

